Maşın bazarında qiymətlər stabilləşib - Ekspertdən açıqlama

Avtobazar 24 Aprel 2018 16:18 Oxunub 2178
Maşın bazarında qiymətlər stabilləşib - Ekspertdən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymətlərin stabilləşməsi müşahidə edilsə də, bazarda tələb aşağıdır

2018-ci ilin əvvəllərindən ölkəyə gətirilən avtomobillərə tətbiq edilən gömrük rüsumunun qaldırılmasından sonra avtomobillərin qiymətində artım müşahidə olunurdu. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Məsəə ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, 2018-ci ilin ilk üç ayında, eləcə də apreldə mühərriki böyük olan yeni avtomobillərin qiymətində artım müşahidə olunurdu. “Bu həmin avtomobillərə tətbiq edilən rüsumların artırılması ilə bağlıdır. Gömrük rüsumunun artması yeni avtomobillərə və xüsusən də mühərrik həcmi böyük olan maşınlara təsir edib. Amma mühərriki nisbətən kiçik olan və ili nisbətən köhnə olan avtomobillərin qiymətlərində azalmalar müşahidə edilib. Bu da həmin avtomobillərə olan tələbin azalması ilə bağlıdır. Xüsusilə 2000-ci il və daha əvvəl istehsal olunan avtomobillərin qiymətində azalmalar müşahidə edilib. 2012-ci ildən sonra istehsal edilən avtomobillərin qiymətində isə 2018-ci ildə ciddi dəyişiklik olmayıb. Aprel ayında həm qiyməti artmış, həm də azalmış avtomobillərin qiymətləri stabilləşdi”.

V.Bayramovun sözlərinə görə, qiymətlərin stabilləşməsi müşahidə edilsə də, bazarda tələb aşağıdır. “Avtomobil bazarında hazırda tələbin azalması müşahidə edilir. Təklif dəyişməsə də, tələb aşağı düşüb. Qiymətlərin stabilləşməsinə baxmayaraq, avtomobil bazarında duğunluq davam edir”.

Ekspert bildirib ki, Azərbaycanda istehsal olunan avtomobillərin qiymətə heç bir təsiri yoxdur. “Bunun əsas səbəbi xaricdən gələn avtomobillərin sayının Azərbaycanda istehsal olunan avtomobillərin sayından dəfələrlə çox olmasıdır. Hazırda Azərbaycanda istehsal olunana avtomobillər bazarda ciddi paya malik deyil, xaricdən gətirilən avtomobillərlə rəqabət apara bilmirlər. Amma Nefçaladadı avtomobil zavodu planlaşdırdığı kimi il ərzində 10 min avtomobilin bazara çıxarılmasını təmin edərsə, o zaman bu,  gələcəkdə qiymətlərə təsir göstərə bilər. Amma hazırda bizdə yerli istehsalın avtomobillərə olan tələbin ödənilməsində ciddi təsirləri yoxdur”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh