Ölkədən qanunsuz xarici valyuta çıxarmaq cəhdinin qarşısı alınıb

Gündəm 24 Aprel 2018 16:58 Oxunub 904
Ölkədən qanunsuz xarici valyuta çıxarmaq cəhdinin qarşısı alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.

Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 mln. Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh