Toya gedən gənclər qəzaya düşdü: 2 ölü, 2 yaralı

Qəzalar 24 Aprel 2018 20:06 Oxunub 805
Toya gedən gənclər qəzaya düşdü: 2 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb

Şəmkirdə ağır yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində Şəmkir sakini - 1990-cı il təvəllüdlü Ayaz Allahverdiyev, avromobilin sürücüsü, 1987-ci il təvəllüdlü Emin Məmmədov ölüb, 1998-ci il təvəllüdlü Elami Əmiraslanov, onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Əmiraslanov isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh