Paytaxtda avtobus qıtlığı yaranıb

Avtoxəbər 24 Aprel 2018 21:25 Oxunub 1542
Paytaxtda avtobus qıtlığı yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər avtobus xəttinin artırılmsını istəyirlər

Yeni Ramana qəsəbəsində marşrut avtobusu dolu gəldiyindən şagirdlər minə bilmir. Buna görə də qəsəbə sakinləri avtobusların sayının artırılmasını istəyirlər. Söhbət 214 nömrəli marşrut xəttindən gedir. Avtosfer.az-ın məlumatına görə, dərsdən çıxan şagirdlər avtobus gözləyir, ancaq avtobus sərnişinlərlə dolu olduğundan şagirdlərin çoxu minə bilmirlər. Bu barədə görüntülər Sabunçu rayon, Yeni Ramana qəsəbəsindəki 316 nömrəli məktəbin qarşısında sakinlər tərəfindən çəkilərək  nömrəmizə göndərilib. Başqa bir görüntüdə isə həmin avtobus qapısı açıq şəkildə hərəkət edir. Avtobusların qapılarından sərnişinlər sallanır. Görüntülər 214 nömrəli avtobusda çəkilib. Bu problem həmin qəsəbədə mütəmadi olaraq yaşanır. Məktəbdən çıxıb evlərinə getmək istəyən şagirdlər və qəsəbə sakinləri avtobus sarıdan əziyyət çəkirlər.

Şəhərdən həmin qəsəbədən keçməklə Şuşa şəhərciyinə cəmi 1 marşurut xətti xidmət göstərir. Qəsəbə sakinləri bildirirlər ki, bir marşurut xətti azlıq təşkil edir. Onlar qəsəbəyə əlavə marşurut xətlərinin açılmasını istəyirlər.

Məsələ isə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qeyd edilən məsələ qurum tərəfindən araşdırılacaq. Nəqliyyat vasitələrinin sayında çatışmazlıq olarsa, daşıyıcıya tapşırılacaq ki, zəruri tədbir görsün.

Avtosfer.az

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh