Yol nişanları belə oğurlandı - VİDEO

Avtoxəbər 24 Aprel 2018 21:46 Oxunub 1370
Yol nişanları belə oğurlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətə 34 min 358 manat ziyan vurublar

İstifadəyə verilməmiş Ələt-Astara avtomobil yolunun Masallının Sərcuvar və Hüseynhacılı kəndlərindən keçən hissəsində yol kənarına quraşdırılmış 40 ədəd lövhə oğurlanıb.

Avtosfer.az-ın məlumatına görə, yol lövhələrini quraşdıran şirkətin əməkdaşları məsələ ilə bağlı Masallı rayon Polis şöbəsinə müraciət ediblər. Müraciət əsasında başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər. Məlum olub ki, cinayəti rayonun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov və Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Fərhad Fərhadlı qabaqcadan əlbir olmaqla törədiblər. Onlar şikayətçi şirkətə ümumilikdə 34 min 358 manat ziyan vurublar. Həmin şəxslərin oğurladığı lövhələrin bir hissəsi maddi sübut kimi götürülüb. Fərhad Fərhadlının ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı onun törətdiyi digər bir cinayət faktının da üstü açılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh