Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək

Avtoxəbər 24 Aprel 2018 23:45 Oxunub 1317
Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra “Avro-5” standartlı benizinin ixracına başlayacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə SOCAR-ın nümayəndəsi açıqlama verib.

O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək: “Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 – 16 faiz və Aİ-95 – 13 faiz təşkil edəcək. “Azərikimya” İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək”.

O bildirib ki, daxili bazardan başqa, istehsal olunan məhsulların bir hissəsi ixraca gedəcək: “İstehsal olunan benzinin 25, dizel yanacağının 40 və təyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır”.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh