Səbaildə ağır qəza: "Opel" tikinti sahəsinə belə düşdü - FOTO

Qəzalar 25 Aprel 2018 00:38 Oxunub 1683
Səbaildə ağır qəza: "Opel" tikinti sahəsinə belə düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə olan 4 nəfərdən heç kim xəsarət almayıb

Bu gün axşam 23:30 radələrində paytaxtın Səbail rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, 27 yaşlı Cəfərov Faris Boris oğlu idarə etdiyi 90OX706 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobili aşırıb. Belə ki, avtomobil yoldan çıxaraq tikinti gedən əraziyə düşüb. Qəzadan sonra sürücü özü də etiraf edib ki, idarəetməni itirib və avtomobilin əyləci əvəzinə qaz pedalını sıxıb. Nəticədə avtomobil tikinti sahəsinə beton və dəmir arakəsmələrin arasına düşüb.

Xoşbəxtlikdən qəza zamanı avtomobildə olan dörd nəfərdən heç biri xəsarət almayıb. Hadisə yerinə dərhal Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Hadisə yerinə çağırılan kran vasitəsi ilə avtomobil tikinti sahəsindən çıxarılaraq cərimə meydançasına aparılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.  

 

Qeyd edək ki, tikinti aparılan ərazidə Xəzər Dəniz Gəmiçiliyi üçün bina inşa edilir.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh