“Bakıdakı trasa heç yerdə rast gəlmək mümkün deyil”

Yarışma 25 Aprel 2018 10:36 Oxunub 1823
“Bakıdakı trasa heç yerdə rast gəlmək mümkün deyil”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ən birinci yarışdan buradayam, iştirak etmək üçün üçündü dəfə gəlirəm”

“Bakıda olan trasa başqa ölkələrdə rast gəlmək mümkün deyil”. Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu "Moskva-Baku"ya müsahibəsində "Formula 2"nin "Russian Time" komandasının pilotu, "Formula 1"in test-pilotu Artyom Markelov deyib. "Ən birinci yarışdan buradayam, iştirak etmək üçün üçündü dəfə gəlirəm. Deyərdim ki, hər şey iki il əvvəl olduğu kimi yüksək səviyyədədir. Təşkilatçılar trassı tez və keyfiyyətli təşkil etməyi bacarırlar", - deyə Markelov bildirib. Onun sözlərinə görə, Bakı trassı başqalarından özünün ab-havası və sürətli döngələri ilə fərqlənir: "İçərişəhərdə döngələr kifayət qədər dardır, özünəməxsusdur. Belələrinə başqa ölkələrdə rast gəlmək mümkün deyil. Lakin onlara artıq öyrəşmişik, trassdan nə gözləmək lazım olduğunu bilirik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh