ABŞ-a məxsus görünməyən qırıcı Yaponiyada qəza enişi edib

Qəzalar 25 Aprel 2018 10:40 Oxunub 946
ABŞ-a məxsus görünməyən qırıcı Yaponiyada qəza enişi edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hadisə ilə bağlı araşdırma apardığı bildirilir

ABŞ-a məxsus F-35 görünməyən qırıcısı özünümüdafiə qüvvələrinin Yaponiyanın qərbində yerləşən Fukuoka prefekturasındakı bazasına qəza enişi edib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, qırıcı “Tsuiki” aviabazasına aprelin 24-də yerli vaxtla saat 11-də enib. Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, uçuş zamanı qırıcının füzelyajında problemlər yarandığı güman edilir. Enmə zamanı xəsarət alanlar və ya dəyən zərər barədə məlumat verilmir. Nazirlikdən, həmçinin qeyd ediblər ki, bu, Yaponiyada həmin təyyarənin ilk qəza enişidir. Hazırda ABŞ-ın hərbi rəhbərliyinin hadisə ilə bağlı araşdırma apardığı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh