Dəmir yolu ilə 610 mindən çox sərnişin daşınıb

Gündəm 25 Aprel 2018 10:41 Oxunub 891
Dəmir yolu ilə 610 mindən çox sərnişin daşınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvar-mart aylarında

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-mart aylarında 610,2 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 1,7 faiz artım müşahidə olunub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 307 vaqon yüklənib, 381 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,7 min ton, qərb istiqaməti üzrə 4,5 min ton, cənub istiqaməti üzrə isə 0,3 min ton yüklənmə işi yerinə yetirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh