“Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb”

Yarışma 25 Aprel 2018 11:09 Oxunub 1923
“Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günün sonunda isə Azərbaycan Qran-prisinin qalibləri müəyyənləşəcək

Aprelin 27-29-da Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin gündəliyi açıqlanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yarış “Formula-2” pilotlarının sərbəst yürüşü ilə başlayacaq. Onlar aprelin 27-də sıralama turunda da iştirak edəcəklər. Həmçinin, “Formula-1” iştirakçıları 2 sərbəst yürüşlə azarkeşlər önünə çıxacaqlar. Ertəsi gün “Formula-2”də birinci yarış, “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. Aprelin 29-da isə “Formula-2” üzrə ikinci yarış baş tutacaq. Günün sonunda isə Azərbaycan Qran-prisinin qalibləri müəyyənləşəcək.

 

27 aprel

11:00-11:45. “Formula-2” – Sərbəst yürüş

13:14:30. “Formula-1” – Birinci sərbəst yürüş

15:00-15:30. “Formula-2” – Sıralama turu

17:00-18:30. “Formula-1” – İkinci sərbəst yürüş

 

28 aprel

 

12:00-13:05. “Formula-2” – Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)

14:00-15:00. “Formula-1” – Üçüncü sərbəst yürüş

17:00 – 18:00. “Formula-1” – Sıralama turu

 

29 aprel

13:10-14:00. “Formula-2” – İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)

14:40-15:10. Pilotların trek paradı

15:00-15:25. Açılış mərasimi

15:56-15:58. Dövlət himni

16:10-18:00. “Formula-1” – Qran-pri (51 dövrə və ya 120 dəqiqə)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh