Qoçuluq edən sürücü və sərnişin tutuldu - VİDEO
Gündəm 25 Aprel 2018 14:08 12260 dəfə oxunub
Qoçuluq edən sürücü və sərnişin tutuldu - VİDEO
BMW-nin sürücüsü 1987-ci il təvəllüdlü Seyfullayev Rauf Ağaverdi oğludur

Bakı-Ələt yolunun 34-cü kilometrliyində yolun əks istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü tutulub. Polis sürücünün şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, BMW-nin sürücüsü 1987-ci il təvəllüdlü Seyfullayev Rauf Ağaverdi oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan əlavə, Qaradağ RPİ-nin əməkdaşları sərnişini də saxlayıblar.

Qeyd edək ki, hadisə AVTOSFER.AZ saytının əməkdaşının idarə etdiyi avtomobilin kamerasına düşüb. Bundan sonra hadisə barədə xəbər saytlarında və sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan görünür ki, Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və yenidən yoluna davam edib. Bundan əsəbləşən 90-SO-003 qeydiyyat nişanlı BMW-nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurublar. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib. Həmin avtomobildə qadağan edilmiş səs siqnalı da olub. (“Report”)

Avtosfer.az saytı məsələni dərhal nəzarətə götürüb müvafiq tədbir görülməsi üçün göstəriş verən Daxili İşlər Nazirliyini, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir. Qoy digərləri də bilsin ki, Azərbaycan demokratik-hüquqi dövlətdir və ölkəmizdə qoçuluq dövrü 20-ci əsrdə qalıb. 

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh