Şəmkirdə maşın ağaca dəydi – 1 ölü, 2 yaralı

Qəzalar 25 Aprel 2018 14:25 Oxunub 859
Şəmkirdə maşın ağaca dəydi – 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, aprelin 24-də saat 16 radələrində Şəmkir rayonunun Düyərli kəndində Sabirkənd kənd sakini Emin Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən həmkəndlisi Ayaz Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh