Hava limanı xətti üzrə avtobusun marşrutu dəyişdi

Gündəm 25 Aprel 2018 14:53 Oxunub 1040
Hava limanı xətti üzrə avtobusun marşrutu dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparılan yol təmir işləri ilə əlaqədar

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti H1 Express Hava limanı xətti sərnişinlərinə müraciət edib. Qurumdan Avtosfer.az-a verilən məlumatda bildirilir ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları və Sabunçu yol qovşağından, Böyükşor yol qovşağınadək olan hissəsində aparılan yol təmir işləri ilə əlaqədar olaraq H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobuslar müvəqqəti olaraq marşrut xətti dəyişib: "Bu məqsədlə H-1 Express Hava limanı xətti üzrə hərəkət edən avtobuslar 28 May m\st-ndan D.Əliyeva küç , K.Səfərəliyeva küç, Neftçilər pr., Nobel pr, Zığ yolu, Zığ beton yolu ilə və Hava Limanına və əks istiqamətdə Zığ beton yolu, Zığ yolu, Nobel pr, Xocalı pr (Ş.İ.Xətai m\st-ı), Y.Səfərov küç. 28 May m\s istiqaməti üzrə hərəkət edir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh