Paddi Lou: “Azərbaycan azarkeşlərini maraqlı mənzərə ilə sevindirmək istəyirik”

Yarışma 25 Aprel 2018 16:27 Oxunub 1522
Paddi Lou: “Azərbaycan azarkeşlərini maraqlı mənzərə ilə sevindirmək istəyirik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Uzun, düzxətli və dəqiq tormozlama zonaları ilə seçilən sürətli sahələrin daxil olduğu Bakı trası çox mürəkkəbdir”

“Williams” komandasının üzvləri Bakıda ciddi irəliləyişə nail olmağı gözləməsələr də, qarşıdakı yürüşləri səbirsizliklə gözləyirlər. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, komandanın texniki direktoru Paddi Lou deyib: “Bu uik-enddə biz Bakıda üçüncü dəfə - həm İçərişəhərdə asta sürətlə keçilməli olan sahələri, həm də çox uzun, düz start-finişi özündə birləşdirən maraqlı şəhər trasında çıxış edəcəyik. Bakı mərhələsi F1 çempionatının təqviminə çox gözəl əlavə oldu.

Ötən il biz maraqlı hadisələrlə zəngin yürüşün və Lens Strollun podiuma çıxması kimi unudulmaz səhnənin şahidi olduq. Bu, mövsüm ərzində yeganə hal idi ki, ən güclü üç komandadan olmayan yürüşçü finişə ilk üçlükdə çatmışdı. İndi yürüş mövsümün başlanmasına yaxın keçiriləcək, yəqin ki hava daha sərin olacaq. Biz Bakıya qayıtmağımızı səbirsizliklə gözləyir və maraqlı çıxışımızla Azərbaycan azarkeşlərini sevindirmək istəyirik.

Rusiya Azərbaycanın yaxın qonşusudur. Ona görə də Sergey Sirotkinin Bakıda ilk yürüşündə onu yəqin ki, ciddi dəstəkləyəcəklər. Lens Srtollun podiumunun təkrarlanmasını gözləmək çox cəsarət tələb etsə də, keçənilki uğuru nəzərə alsaq, o, yaxşı çıxış etməlidir”.

Pilot Lens Stroll: Bakını böyük məmnuniyyətlə yada salıram. Formula 1-də ilk dəfə qaliblər kürsüsünə qalxdığım günü heç vaxt unutmaram. Bizi həm maraqlı tras, həm də gözəl şəhər gözləyir. Ötən ilədək mən Bakıda olmamışam, lakin artıq bir çox yerlərə baxa bilmişəm.

Konfiqurasiya yüksək texnikalıdır, dairə uzundur və maşının saz olmasını tələb edir, tras divarlarla əhatə olunduğundan, siz kiçik bir səhvə də yol verməməlisiniz”.

Pilot Sergey Sirotkin: “Uzun, düzxətli və dəqiq tormozlama zonaları ilə seçilən sürətli sahələrin daxil olduğu Bakı trası çox mürəkkəbdir. Orada səhvə yer yoxdur. Bu da ötmə imkanlarını və yürüşə marağı daha da artırır. Ötən il komanda Bakıda uğurla çıxış edib. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh