Köçkünlərin yaşadığı sanatoriya yandı

Gündəm 25 Aprel 2018 20:07 Oxunub 718
Köçkünlərin yaşadığı sanatoriya yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir ailə evsiz qaldı

Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib: "Nəticədə Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Hidayət oğlu Alıməmmədovun mənzili ev əşyaları ilə birlikdə yanıb. Bununla əlaqədar olaraq, Dövlət Komitəsi sədrinin tapşırığı əsasında əməkdaşlarımız dərhal həmin əraziyə gedib, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində M.Alıməmmədovun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək".

Avtosfer.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh