Krem oğurlayan hökumət başçısı istefa verdi - VİDEO

Avtoxəbər 25 Aprel 2018 22:55 Oxunub 1509
Krem oğurlayan hökumət başçısı istefa verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu 40 avro məbləğində üz cavanlaşdırıcı krem olub

 

İspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub.

Avtosfer.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İnternetdə yayılmış 2011-ci ilin videosunda super-marketin mühafizəçisinin onun çantasına baxış keçirdiyini və oğurladığı 40 avro məbləğində olan üz cavanlaşdırıcı kremi (iki ədəd) üzə çıxardığını görmək olur.

Bir həftə əvvəl isə onun magistratura diplomunda olan imzaların saxta olduğu haqqında xəbər ölkəsində böyük rezonans doğurmuşdu.

Qeyd edək ki, istefa verdiyini elan edən Sifuentes İspaniyanın hakim “Xalq partiyasının” üzvüdür.

 

Avtosfer.az 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh