17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulur

Gündəm 25 Aprel 2018 23:38 Oxunub 1061
17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr, yol yatağının eni isə 10 metrdir

Ağdaş rayonunda iki istiqamət üzrə ümumilikdə 17 kəndi birləşdirən və 60 kilometr uzunluğu olan müasir avtomobil yolları inşa edilir. Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.

İki hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulan bu yolun hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr, yol yatağının eni isə 10 metrdir.

Yol yatağında tarazlıq və bərkitmə işlərindən sonra asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda müxtəlif təyinatlı ağır texnikalar və işçi qüvvəsi yola asfalt örtüyünün döşənməsi işlərinə cəlb olunub.

Müasir yol infrastrukturunun yaradılmasından sonra ətrafdakı kəndlərin sakinlərinin Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat çıxışı təmin olunacaq.

Hazırda rayonda yenidən qurulan yollardan biri də Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

 

Yolun 7 kilometrlik hissəsinə 2 qat asfalt örtüyü vurulub. Yolun 12 kilometrlik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması işlərinə start verilib. Rayonun 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisi Ağdaş şəhərinə gediş-gəlişi rahatlaşacaq.

 

Avtosfer.az 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh