Azərbaycan nefti bahalaşdı

Gündəm 26 Aprel 2018 00:05 Oxunub 785
Azərbaycan nefti bahalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Azərbaycanın yüngül neftinin qiyməti 75,63 dollardır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,25 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1 dollar/barel çoxdur.

Avtosfer.az xəbər verir ki, ölkənin neft-qaz bazarındakı mənbənin məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 75,63 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 24-də 71,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 24-də 75,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh