Xatirənin bacısı oğlunu vuran sürücü qadın imiş

Gündəm 8 May 2014 16:21 Oxunub 1960
Xatirənin bacısı oğlunu vuran sürücü qadın imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müğənni bildirib ki, hadisəni törədən xanım həkimdir

Son zamanlar hədiyyələri ilə gündəmdə olan müğənni Xatirə İslam ağır günlərini yaşayır. O yerli telekanallardan birində yayımlanan verilişdə qonaq qismində iştirak edib. Ötən gün bacısı oğlunun keçirdiyi qəzadan danışarkən göz yaşlarına hakim ola bilməyib. İfaçı bildirib ki, bu xoşagəlməz xəbəri ona kürəkəni verib, xəbəri aldıqda isə ayaqyalın taksiyə əyləşib özünü xəstəxanaya çatdırıb: "Zəng vurub mənə deyir ki, balaca oğlu zəng vurub ki, ata, qaqaş maşının altında qalıb öldü. Yol boyu yalvarırdım ki, şikəst qalsın, amma ölməsin. Onun ölümünü təssəvür edə bilmirdim. O da pis olub. Gicgah sümüyü sınıb. O bitişməlidir ki, ayağını əməliyyat etsinlər. Həkimlərdən xahiş edirəm ki, başını düzəltsinlər. Başqa xəstəxanalardan da həkimlər gətirmişəm. Deyirlər başı düzəlməsə, əməliyyat mümkünsüzdür, stolda qalar. Qəzanı törədən xanım da yanından getmir, bizdən çox narahatdır” (anspress).

Qeyd edək ki, ifaçının bacısı oğlu nənəsi ilə gəzintidə olduğu zaman qəfildən nənəsinin əlindən qaçıb, maşının altına düşüb. Xatirə açıqlamasında bildirib ki, hadisəni törədən xanım həkimdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh