Polis sərxoş halda avtobusda söyüş söyənləri belə başa saldı - FOTO

Yol polisi 26 Aprel 2018 11:20 Oxunub 1470
Polis sərxoş halda avtobusda söyüş söyənləri belə başa saldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hər yerdə, hər an asayişin keşiyindədir

Xəbər saytlarından birində polis əməkdaşının fədakar xidməti ilə bağlı yazı diqqətimizi cəlb etdi. Yazı müəllifi, hüquq müdafiəçisi Mobil Vəkiloğlu bildirir ki, axşam saatlarında Maştağa kəndinə gedən avtobusda olduqca qürurverici bir mənzərə ilə üzləşib: “Zabrat 1” yaşayış masssivində iki kişi avtobusa mindi. Onların sərxoş olduqları hiss olunurdu. Bir qədər sonra onlar bir-biri ilə ucadan, nalayiq ifadələrlə danışmağa, salonda əyləşənlərə söz atmağa başladılar. Avtobusda olan polis əməkdaşı dərhal onlara yaxınlaşaraq nəzakətlə ictimai davranış qaydalarına riayət etməyə dəvət edib. Onlar isə əksinə - polisin bu xahişinə məhəl belə qoymayıblar. İctimai nəqliyyatda, sərnişinlərə qarşı açıq hörmətsizliyi görən polis əməkdaşı onlardan avtobusdan düşmələrini rica edib. Bu zaman onlar polisə müqavimət göstərməyə başlayıblar. Polis məcbur olub onların hər ikisini ən yaxın dayanacaqda avtobusdan düşürüb. İctimai nəqliyyatda asayişi təmin edən polis əməkdaşının bu addımı avtobusdakı sərnişinlərin üzündə təbəssüm və qürur hissi yaratdı”. 

Həmin polis nəfəri DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Mübariz Seyidovdur.  İş yerindən bildirdilər ki, M.Seyidov gənc əməkdaşdır. 2011-ci ildən sıralarımızda xidmət edir. Yaxşı idmançıdır və ən başlıcası nizam-intizamlı əməkdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh