Bakıda belə piyadalar çoxdur - Kor kimi - VIDEO

Avtosfer TV 26 Aprel 2018 11:26 Oxunub 2283
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özünü və avtomobil sürücüsünü nə qədər təhlükəyə atdığının fərqində deyil

Statistikaya görə yol qəzalarında ölənlərin böyük bir hissəsini vurulan piyadalar təşkil edir. Əlbəttə, sürücülərin diqqətsizliyi piyadavurmalarla nəticələnir. Amma hər zaman belə olurmu? 120-lik yolda yerüstü piyada keçidinin altından yolu keçməyə çalışan, özünü maşının altına atan, işıqforun qırımızı işığında piyada keçidinə qaçan və s. bu kimi hallar törədən piyadaların vurulmasında günahkar kimdir?

Yol polisi piyada məsuliyyəti ilə bağlı dəfələrlə maarifləndirici videoçarxlar hazırlayıb, görüşlər keçirib. O cümlədən mətbuatda bununla bağlı yüzlərlə yazılar var. Amma yenə də uşağının əlindən tutaraq kor-korənə yolu keçmək istəyən, üstəlik gözünü telefondan çəkməyən piyadalar var.

Avtosfer.az-ın kamerasına tuş gələn bir xanım isə sözün əsl mənasında deyəsən “kordur.” Çünki bu qədər məsuliyyətsizlik olmaz. Bəlkə də fiziki qüsurlu və gözdən əlil insanlar belə yolu keçəndə belə etmirlər. Avtomobilin gəldiyini görə-görə “onsuz da dayanıb mənə yol verəcək” prinsipi ilə hərəkət edən bu xanım deyəsən özünü və avtomobil sürücüsünü nə qədər təhlükəyə atdığının fərqində deyil. Avtosfer.az görüntüləri təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh