Bu da belə sürücüdür: "Niva" kameraya düşdü - VIDEO

Avtosfer TV 26 Aprel 2018 11:45 Oxunub 3249
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sol zolağa çıxan sürücü arxadan gələn nəqliyyat vasitəsinin önünü kəsir

Bəzi sürücülər elə hesab edir ki, qəza işıqlarını yandırmaqla istənilən yerdə, hətta yolun ortasında da dayanmaq olar. Həmçinin bir çox hallarda sürücülər yolun hərəkət hissəsində avtomobili saxlayırlar. Özü kimi “ağıllı” biri də “onsuz da bu saxlayıb mən də dayanım” prinsipi ilə həmin avtomobilin qabağında, yaxud arxasında park edir.

Əsl məsələ isə bundan sonra başlayır. Belə ki, ikizolaqlı yolun onsuz da bir hissəsini tutmaqla digər sürücülərə maneə yaraddan bu “ağıllılar” hərəkətə başlayan zaman sözün əsl mənasında təhlükə mənbəyinə çevrilir. Təsəvvür edin ki, güzgüyə belə baxmadan sol zolağa çıxan sürücü arxadan gələn nəqliyyat vasitəsinin önünü kəsir.

Qəzadan qaçmaq üçün həmin sürücü də əyləci basmağa məcburdur. Onun arxasındakı da eyni qayda ilə. İndi bu sürücülərdən biri ara məsafəsini gözləməsə (çox zaman buna riayət edilmir( o zaman qəza da qaçılmaz olur. 

Avtosfer.az-ın kamerasına tuş gələn 99-KB-059 dövlət nömrə nişanlı, “NİVA” markalı avtomobilin sürücüsü də yuxarıda sadaladığımız kateqoriyaya aiddir. Digər sürücünün ayıq tərpənməsi və yolun nisbətən boş olması bu dəfə qəzanın qarşısını aldı. Bəs görəsən həmişə belə olacaqmı? 

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh