Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Gündəm 26 Aprel 2018 13:10 Oxunub 992
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən prospektin yan yollarından istifadə etmələri xahiş olunur

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativolaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh