Maşına görə axtarışda olan şəxs tutuldu – Qrup üzə çıxdı

Gündəm 26 Aprel 2018 13:20 Oxunub 651
Maşına görə axtarışda olan şəxs tutuldu – Qrup üzə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyatda DYP əməkdaşları da iştirak edib

Aprelin 11-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun M.Cəlal küçəsindən Bakı şəhər sakini Mirməhəmməd Bəhrəmzadəyə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülmüş tədbirlərlə avtomobil həmin gün Goranboy rayonunun Əhmədabad kəndində Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov polis əməkdaşlarına təhvil verilib.  

19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvü – Məhəmməd Miriyev də saxlanılıb. Araşdırmalarla onun  Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olduğu, həmçinin aprelin 11-də Bakı şəhər sakini Rövşən Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır. 

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh