“Formula-1”-də Azərbaycan bayrağının rəngləri dəyişik düşdü – FOTO

Yarışma 26 Aprel 2018 13:52 Oxunub 1613
“Formula-1”-də Azərbaycan bayrağının rəngləri dəyişik düşdü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təşkilatçılar tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər

Sabahdan Azərbaycanda “Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək. Avtosfer.az xəbər verir ki, yarış öncəsi media.az saytı təşkilatçılar tərəfindən böyük yanlışlığa yol verildiyini aşkarlayıb.

Saytın məlumatına görə, təşkilatçılar “Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb.

Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh