Bakıda avtobus sürücüsündən insanlıq dərsi - FOTO - VIDEO

Yazarlar 26 Aprel 2018 15:00 Oxunub 2252
Bakıda avtobus sürücüsündən insanlıq dərsi - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xaliq Faiqoğlu” MMC nümunəvi xidmətə görə İntiqam Qasımova təşəkkür elan edib

Bu günlərdə Bakıdakı sığınacaqlardan birinə Cəlilabad sakini olan qadın və 6 yaşlı qızı yerləşdirilib. Ailədaxili məsələ səbəbindən paytaxta üz tutan və burada heç kimi olmayan qadına ilk olaraq rastlaşdığı 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü yardım göstərib. Avtosfer.az xəbər verir ki, getməyə yeri olmadığı üçün avtobus bir dövrə vursa da düşməyən qadın və övladı sürücünün diqqətini çəkib. Sürücü İntiqam Qasımov qadından onlara necə kömək edə biləcəyini soruşub. Məlum olub ki, 3 uşaq anası olan Gülnarə adlı qadın kiçik qızını götürərək Bakıya üz tutub və burada getməyə yeri və pulu yoxdur. Sürücü onlara yemək və su alıb. Həmçinin bu barədə aidiyyatı qurumlara məlumat verilib. Havanın soyuq olması səbəbindən bir neçə dövrəsi ərzində avtobusdan düşməyən ana və övladı daha sonra “Təmiz Dünya” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib. Onlar sürücü İntiqam Qasımova göstərdiyi insanpərvərliyə görə minnətdarlıq ediblər.

Qeyd edək ki, 65 saylı marşrut xətti “Xaliq Faiqoğlu” MMC-nin istismarındadır. Şirkət rəhbərliyi göstərdiyi nümunəvi xidmətə görə sürücü İntiqam Qasımova təşəkkür elan edib.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh