Niko Hülkenberq: “Formula 1” təqvimində ən sürətli yarış Bakı trekidir”

Yarışma 26 Aprel 2018 16:11 Oxunub 1379
Niko Hülkenberq: “Formula 1” təqvimində ən sürətli yarış Bakı trekidir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xüsusən də, Qız Qalasının yanı, 8 və 10-cu döngələr çox dardır. Lakin Monakoda genişlikdir”

“Bakıdakı yarışda pilotları bir neçə divar gözləyir. Ona görə də, müəyyən həddə riayət etməklə, cəsur olmaq lazımdır”.  “Report” xəbər verir ki, bunu “Renault”un pilotu Niko Hülkenberq “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə bağlı Bakıda təşkil olunan mətbuat konfransında deyib. 31 yaşlı almaniyalı pilot bildirib ki, buradakı yarış sürətli olduğuna görə baxımlıdır: “Azarkeşlər sürətli mübarizəyə şahidlik edəcəklər. “Formula 1” təqvimində ən sürətli yarış Bakı trekidir. Burada ötmələrə də imkan var. Həmçinin, 90 dərəcəli sərt döngələr mövcuddur. Xüsusən də, Qız Qalasının yanı, 8 və 10-cu döngələr çox dardır. Lakin Monakoda genişlikdir”.  Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi 27–29 apreldə keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh