Bakıda Formula 1 azarkeşləri pit-yolu gəziblər - FOTO

Yarışma 26 Aprel 2018 16:21 Oxunub 1662
Bakıda Formula 1 azarkeşləri pit-yolu gəziblər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar

Azərbaycanda 3-cü dəfə keçiriləcək Formula 1 yarışında 3 günlük bilet alan azarkeşlər bu gün pit-yolu gəzmək imkanı əldə ediblər. Trend-in məlumatına görə, müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə hərəkət edəcək bolidlərin hərəkət yoluna çıxaraq Formula 1 hazırlıqlarını müşahidə ediblər. Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.

Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh