Stiven Smit: "Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir"

Yarışma 26 Aprel 2018 16:44 Oxunub 1436
Stiven Smit: "Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Böyük Britaniya səfirliyi Azərbaycan Qran Prisi çərçivəsində bir sıra tədbirlər keçirəcək

"Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir". "Report" xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Energetika, ticarət və investisiya şöbəsinin rəhbəri Stiven Smit deyib. O qeyd edib ki, Böyük Britaniyada bu yarışlara olan marağı nəzərə alaraq səfirlik "Formula 1"in Bakıda keçirildiyi müddətdə ilk dəfə təbliğat tədbirləri həyata keçirəcək: "Formula 1" çərçivəsində bir sıra tədbirlər, o cümlədən moda nümayişləri keçirəcəyik. Belə tədbirlərin ölkələrimizin imicini artıracağını hesab edirəm". Böyük Britaniyanın səfirliyi bu aksiya çərçivəsində üç tədbir təşkil edəcək: Fashion Roundtable, UK Exellence Seminar və Fashion Show.

Xatırladaq ki, Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh