Azərbaycanlı deputatın maşını saxlanıldı: İcazəsiz Türkiyəyə daxil olub - VİDEO

Avtoxəbər 26 Aprel 2018 17:47 Oxunub 2129
Azərbaycanlı deputatın maşını saxlanıldı: İcazəsiz Türkiyəyə daxil olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda polis məsələ ilə bağlı araşdırma aparır

Bu gün İstanbulda azərbaycanlı millət vəkilinə aid olduğu deyilən Mercedes S-500 markalı avtomobil saxlanılıb. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, İstanbul polisi 150 məkanda əməliyyat həyat keçirib. 2 min polis əməkdaşı həm hava, həm dəniz həm də quru yolu ilə basqını reallaşdırıb. "Qurd Qapanı-16” əməliyyatı adlanan basqında saxlanılan şəxslər haqqında araşdırma aparılıb. Beşiktaş İskele adlı məkanda aparılan araşdırmada Azərbaycan (AZ 10 NN 715) dövlət nömrə nişanlı maşın saxlanılıb. Həmin maşının sahibinin azərbaycanlı millət vəkili olduğu deyilir. Maşın icazəsiz yolla Türkiyəyə daxil olub.

Məlumata görə, Türkiyədə polis tərəfindən saxlanılan avtomobil Məşədiyev Namiq Feyzulla oğluna məxsusdur. Sürücü isə Fəqan Bəylərovdur.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh