"Maşın alarkən alverçinin əlinə düşməyin" – XƏBƏDARLIQ

Avtoxəbər 26 Aprel 2018 20:37 Oxunub 1876
"Maşın alarkən alverçinin əlinə düşməyin" – XƏBƏDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alverçi əlinə düşən maşını almaq ziyandan başqa bir şey deyil

"Maşın bazarında qiymətlərin cüzi də olsa azalması müşahidə olunur”. Avtosfer.az  xəbər verir ki, bu barədə "Sherg.az”a nəqliyyat üzrə ekspert Elməddin Muradlı məlumat verib. 

O, ucuzlaşmanın səbəbini xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin sayının artması ilə izah edib: "Ölkəyə gətirilən avtomobillər sırasında daha çox ikinci əl maşınlar üstünlük təşkil edir. Son vaxtlar dolların bahalaşacağı barədə yayılan şayiələr bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu.

İnternet saytlarındakı qiymətlərlə bazarlardakı real qiymətlər arasında fərqlər var. Salonlarda şişirdilmiş qiymətlər səsləndirilir, amma internet saytlarında isə daha ucuz qiymətlər təklif edirlər. Halbuki alverçilərin "əlinə düşmək” 1000-3000 manat arası ziyana düşmək kimi bir şeydir.

Normal vəziyyətdə olan maşını satmağa apardıqda, alverçilər qəsdən maşına ziyan vurur, qısa müddətdə nasaz hala salırlar. Belə olduqda isə satmaq istəyən şəxs də ucuz qiymət deməli olur və ziyanına satır.

Alıcılar da maşın alarkən diqqətli olmalıdırlar. Konkret satıcıdan almaq daha məsləhətlidir. Alverçi əlinə düşən maşını almaq ziyandan başqa bir şey deyil”.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh