Bu keçidlərdən əlillər, hamilələr və qocalar istifadə edə bilmir - VİDEO

Gündəm 26 Aprel 2018 21:19 Oxunub 847
Bu keçidlərdən əlillər, hamilələr və qocalar istifadə edə bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər eskalatorlar quraşdırılmasını tələb edirlər

Paytaxtda insanların piyada keçidlərindən istifadə etməməsi zaman-zaman müzakirə olunub. Avtosfer.az  xəbər verir ki, əksər hallarda piyada keçidlərindən istifadə edilməməsi ilə bağlı əhali tənqid olunur. Amma bir çox piyada keçidlərindən nəinki fiziki qüsurlu şəxslər, heç hər hansı problemi olmayanlar da istifadə edə bilmir.

Sakinlər isə bildirirlər ki, şəhərin mərkəzində olan və gün ərzində 100-200 adamın istifadə etdiyi keçidlərə eskalatorlar quraşdırılır, amma bir qədər kənarda olan keçidlər başdansovdu hazırlanıb.

Onlar bildirirlər ki, məhz bu keçidlərdən gün ərzində minlərlə insan istifadə edir və 80 yaşlı ağsaqqal və ya ağbirçəyin, hamilə  qadının bu keçidləri sağ-salamat qalxaraq yolun əks tərəfinə keçməsi isə möcüzəyə bənzəyir.

Avtosfer.az  faktxeber.com-un hazırladığı həmin videonu oxuculara təqdim edir.

 

 

Avtosfer.az 

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh