"Papanin"də metro tikintisi yekunlaşır - VİDEO

Gündəm 26 Aprel 2018 22:01 Oxunub 1555
"Papanin"də metro tikintisi yekunlaşır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşlərin gələn il yekunlaşdırılması planlaşdırılır

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə tikilməkdə olan metrostansiyada işlər sürətləndirilib. 

Avtosfer.az  xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, həmin stansiyada işlərin gələn il yekunlaşdırılması planlaşdırılır.

Onun sölərinə görə, stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq.

Bundan başqa, qurum tərəfindən elektrik deposu və əlavə metrostansiyanın tikinti işləri aparılır.

Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu var. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən gələcəkdə stansiya sayının 76-ya, elektrik deposunun isə 6-ya çatdırılması nəzərdə tutulub.

Avtosfer.az

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh