Bakıda turizm şirkətinə silahlı basqın oldu – TƏFƏRRÜAT, VİDEO

Gündəm 26 Aprel 2018 22:59 Oxunub 1330
Bakıda turizm şirkətinə silahlı basqın oldu – TƏFƏRRÜAT, VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətin mühasibinə 10 bıçaq zərbəsi vuruldu

Bakıda turizm şirkətinə basqın olub. Maskalı şəxs şirkətin mühasibinə 10-a yaxın bıçaq zərbəsi vurub. Avtosfer.az  xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi 15 ünvanındakı turizm şirkətinin ofisinin qarşısında baş verib. 

Məlumata görə, şirkətin mühasibi Tərxan Namazov külli miqdarda pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs ona hücum edərək bıçaqla bir neçə zərbə vurub. Əlindəki pul olan çantanı alıb qaçmaq istəsə də, Tərxan ona müqavimət göstərib. Bu səbəbdən də o, çox bıçaq zərbəsi alıb.

Ağır yaralı Tərxan Namazovu yaxınlıqdakı taksi sürücülərindən biri dərhal 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıb. O, dərhal əməliyyat edilib. Həkimlərin verdiyi məlumata görə, onun bədəninin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq zərbələri aşkar edilib. Hazırda Tərxan Namazov reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

Tərxan Namazova bıçaqla hücum edəndən sonra qaçan şəxsin dalınca başqa bir taksi sürücüsü qaçsa da, tuta bilməyib. Məlumata görə, maskalı cinayətkar hündür boylu və qarabuğdayı olub. Hadisə barədə 27-ci polis bölməsinə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək araşdırmalara başlayıblar.

Turizm şirkətinin müdiri Vəli Dünyamalıyevin sözlərinə görə, ilkin ehtimal kimi həmin şəxs onun əlində pulun olduğunu bilərək basqın edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Amma əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


Avtosfer.az  

 

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh