Yapon şirkəti avtomobilə çevrilə bilən robot düzəldib - FOTO

Yeniliklər 27 Aprel 2018 00:27 Oxunub 1298
Yapon şirkəti avtomobilə çevrilə bilən robot düzəldib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çevrilmə zamanı avtomobilin kabinəsini tərk etməyə ehtiyac yoxdur

Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyanın bölməsi olan “Asratec” şirkəti bir neçə startapla birlikdə avtomobilə çevrilən robotu ictimaiyyətə təqdim edib. Avtosfer.az mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə “J-deite RIDE” layihəsinin saytında məlumat verilib.

Hündürlüyü 3,7 metr, çəkisi 1600 kiloqram olan robot iki ayağı üstdə saatda 100 metr sürətlə hərəkət edir. Belə zəif sürətlə hərəkət etməsinə baxmayaraq, robot bir dəqiqəyə ikiyerli idman avtomobilinə çevrilir. Bu avtomobil isə saatda 60 kilometr sürətlə hərəkət edir.

Elektromühərriklər vasitəsilə hərəkət edən robotu həm kabinədən əllə, həm də məsafədən pultla idarə etmək mümkündür. Diqqəti cəlb edən başqa bir cəhət isə ondan ibarətdir ki, çevrilmə zamanı avtomobilin kabinəsini tərk etməyə ehtiyac yoxdur.

İxtiraçıları bu robotun yaradılmasına ABŞ istehsalı olan “Transformerlər” fantastik filmi ruhlandırıb. Robotun yaradıcıları əldə edilən nailiyyətlə kifayətlənmək fikrində deyillər və beş metr hündürlüyündə olacaq yeni modeli 2020-ci ilədək yaratmağı planlaşdırırlar. Bu robotların əyləncə mərkəzlərində, avtomobil və robot sərgilərində istifadə ediləcəyi planlaşdırılır.

 

Avtosfer.az

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh