Haas komandasının pilotu: “Daha çox rəqabətə davamlı olacağıq”

Yarışma 27 Aprel 2018 10:51 Oxunub 1346
Haas komandasının pilotu: “Daha çox rəqabətə davamlı olacağıq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz tam etibarlılığa nail olmaq üçün bir qədər daha gözləməliyik”

Keçən il davamlılığımız zəif idi, ancaq bunun üzərində xeyli işləmişik. İrəlidə bizi gərgin mübarizə gözləyir və ümid edirəm ki, ötən illə müqayisədə daha çox rəqabətədavamlı olacağıq. Bunu 2018 FIA Formula 1 Dünya Çempionatı Azərbaycan Qran Prisi çərçivəsində keçirilən mətbuat konfransında Haas komandasının pilotu Kevin Maqnussen deyib. Renault və McLaren komandalarının sona qədər bu mübarizəyə davam edəcəyi ilə bağlı sualı cavablandıran Kevin Maqnussen deyib ki, yarış asan olmayacaq: "Bolidimiz əla vəziyyətdədir. İlə o qədər də yaxşı başlamamışıq. Odur ki, mübarizəyə davam edib, səhvlərimizi düzəltməliyik. Bu mübarizənin mövsümün sonuna qədər davam etməyi isə digər komandalardan da asılıdır".

Pilot vurğulayıb ki, bolid keçən illə müqayisədə daha yaxşı vəziyyətdədir: "Onu öz yarış tərzinizə uyğun tənzimləyə bilərsiniz. İdarəetmə bir az asanlaşıb. Aerodinamikaya gəldikdə isə daha sabitdir. Sabit bolidə üstünlük verirəm. Xüsusilə də, bolidin arxa hissəsinin etibarlı olmasını istəyirəm. Bu baxımdan, builki bolidimin davamlılığını bəyənirəm".

Ötən illə müqayisədə mövsümə daha yaxşı start verən pilot özünə inamlıdır: "Bolid yaxşı vəziyyətdə olanda və qələbə üçün özünü hazır hiss edirsənsə, yarış da maraqlı, əyləncəli və asan keçir".

Mətbuat konfransında qeyd edilib ki, gələn mövsüm Formula 1 yanacaq məhdudiyyəti bir qədər aradan qaldıracaq. Pilot belə hesab edir ki, məhdudiyyətin aradan qaldırılması doğru qərardır: "Mövsüm ərzində elə yarışlar var ki, çox çaşdırıcıdır. Yanacaq üzərində müəyyən məhdudiyyətin qoyulması normaldır, məsələn beş il əvvəl yarışı təhlükəsizlik maşını ilə başlamaq ehtimalı olduğuna görə bəzi məhdudiyyətlər vardı. Ancaq bəzən bu limit həddən çox olur. Odur ki, yeni qərar ürəyimcədir".

Sonda Kevin Maqnussen yarışlarda əsas amilin mührərrikin güc qurğusu olmadığına əminlyini ifadə edib. "Biz tam etibarlılığa nail olmaq üçün bir qədər daha gözləməliyik. Güc qurğusu ilə əlaqədar hər hansı bir şikayətimiz yoxdur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh