Müvəffəqiyyətə gedən yol - Polkovnik-leytenant Əbülfət Bədəlov

Yol polisi 27 Aprel 2018 14:07 Oxunub 6407
Müvəffəqiyyətə gedən yol - Polkovnik-leytenant Əbülfət Bədəlov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səmimi münasibətin olduğu kollektivin uğurları da hər zaman çox olur

“İnsan harada işləməsindən asılı olmayaraq dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir. Alnıaçıq, başı uca yaşamaq insanı daha da ruhlandırır, sanki ikinci ömür qazandırır”-deyir polis polkovnik-leytenantı Əbülfət Bədəlov. Həyatda hər kəsin bir mövqeyə çatmaq istədiyini və məqsədi olduğunu deyən polis zabiti seçdiyin peşədən asılı olmayaraq daim öz üzərində böyük zəhmətlə çalışmağın vacibliyini bildirdi.

1969-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açan Ə.Bədəlov ilk təhsilini doğulub boya-başa çatdığı kənddə alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1989-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində ali təhsil alıb. Qaynar tələbəlik illərində dərslərində fərqlənməklə yanaşı, ictimai işlərdə də fəallıq göstərib. Bacarığı və təşkilatçılığı ilə seçilməyi bacarıb. 1994-cü ildə İsmayıllı Rayon Mühafizə Şöbəsində polis nəfəri kimi xidmətə qəbul olunub. Daha sonra RPŞ-də sahə inspektoru, uzun müddət ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb. Xidməti ərzində özünü səriştəli, bacarıqlı əməkdaş kimi təqdim edib. Onun bacarığı, işinə can yandırması diqqətdən yayınmayıb. 2012-ci ildə xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Polis polkovnik-leytenantı Ə.Bədəlov 2016-cı ildən Oğuz RPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsində xidmətini davam etdirir. Və bu vəzifədə də eyni kriteriyalar-məsuliyyət, cavabdehlik ilə çalışır. “Sağlam atmosferin və səmimi münasibətin olduğu kollektivin uğurları da hər zaman çox olur” –deyir Ə.Bədəlov..

 http://avtosfer.az/upload/news/867546.jpg

Mahir Məsimov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh