Azərbaycan Qran-prisi: İlk sərbəst yürüşün qalibi müəyyənləşib

Yarışma 27 Aprel 2018 14:47 Oxunub 1272
Azərbaycan Qran-prisi: İlk sərbəst yürüşün qalibi müəyyənləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Finlandiyalı pilot 1 saat 44 dəqiqə 42 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb

“Mercedes”in pilotu Valtteri Bottas “Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb.  “Report” xəbər verir ki, finlandiyalı pilot 1 saat 44 dəqiqə 42 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb.

“Red Bull”un sürücüsü Daniel Rikardo ikinci, “Force İndia”nın sürücüsü Serxio Peres isə üçüncü olub. Onlar Bottasdan müvafiq olaraq 0,035 və 0,833 saniyə geri qalıblar.

Qeyd edək ki, ikincisi sərbəst yürüş bu gün 17:00 - 18:30 aralığında olacaq. Aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh