Bakıda Formula 2 pilotlarının təsnifat sessiyası başlayıb

Yarışma 27 Aprel 2018 15:18 Oxunub 1479
Bakıda Formula 2 pilotlarının təsnifat sessiyası başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yürüşdə 10 komandadan 20 pilot iştirak edir

Bakıda FIA Formula 2 sinfində avtoyürüşün təsnifat sessiyası başlayıb. Trend-in məlumatına görə, yürüşdə 10 komandadan 20 pilot iştirak edir. Formula bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar. Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb. Aprelin 28-də Formula 1 sinfində üçüncü sərbəst yürüş və təsnifat mərhələsi, Formula 2-də isə birinci yarış keçiriləcək. Üçüncü gün, aprelin 29-u Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh