Yol polisindən şikayət edən vətəndaş üzr istədi

Xəbərlər 28 Aprel 2018 17:42 Oxunub 3595
Yol polisindən şikayət edən vətəndaş üzr istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həmin vaxt ailəmdə olan problemlə əlaqədar keçirdiyim əsəb buna səbəb olub"

Bu günlərdə mediada Göyçay rayon Qaraməryam kənd sakini Quliyev Səbuhi Fəxrəddin oglu tərəfindən Yevlax regional 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənov barəsində məlumat yayılıb. Məlumatda Yelmar Həsənovun ünvanına bir sıra ittihamlar səsləndirilib.  Avtosfer.az xəbər verir ki, bu günlərdə elə həmin yazının dərc olunduğu sayt vasitəsi ilə Goycay rayon Qaraməryəm kənd sakini Səbuhi Quliyev Dövlət Yol Polisi əməkdaşından üzr istəyib.

Həmin müraciətdə deyilir: “Mən Göycay rayon Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu bir neçə gün öncə Yevlax 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənov barəsində məlumat vermişdim. Həmin vaxt ailəmdə olan problemlə əlaqədar keçirdiyim əsəb buna səbəb olub. Yevlax 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənovun barəsində dediklərim həqiqəti əks etdirmir. Xahiş edirəm həmin məlumatların həqiqətə uyğun olmamasını nəzərə alıb əssasız hesab edəsiniz. Mən mətbuat vasitəsi ilə barəsində yalan məlumat verdiyim Yevlax 7 saylı Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin əməkdaşı Yelmar Həsənovdan üzr istəyirəm".

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh