Bakıda keçirilən “Formula-2” yarışında iki qəza baş verib - FOTO

Yarışma 28 Aprel 2018 12:58 Oxunub 1286
Bakıda keçirilən “Formula-2” yarışında iki qəza baş verib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlar trekdən evakuasiya olunub

İspaniyanın “Campos Vexatec Racing” komandasının pilotları Bakıda keçirilən “Formula- 2” üzrə ilk yarışda uğursuzluqla üzləşiblər. “Report”un məlumatına görə, komandanın hər iki pilotu bir-birinin ardınca qəzaya düşüb. Əvvəlcə Luka Qottonun, daha sonra isə Roy Nissaninin idarə etdiyi bolid səddə çırpılıb. Hər iki sürücü mübarizəni dayandırıb.

 

Maşınlar trekdən evakuasiya olunub.

Qeyd edək ki, aprelin 28-də “Formula 1” üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh