“Formula-1” Qran-prisində üçüncü sərbəst yürüşə start verilib

Yarışma 28 Aprel 2018 14:05 Oxunub 1406
“Formula-1” Qran-prisində üçüncü sərbəst yürüşə start verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib. “Report”un məlumatına görə, sonuncu yürüş saat 15:00-a qədər davam edəcək. İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstəriblər.

Qeyd edək ki, bu gün saat 17:00 - 18:00-da isə sıralama turu olacaq. Aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh