“Formula-2” üzrə birinci yarışın mükafatlandırılma mərasimi keçirilib

Yarışma 28 Aprel 2018 14:52 Oxunub 1371
“Formula-2” üzrə birinci yarışın mükafatlandırılma mərasimi keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışın qalibi “Dams” komandasının pilotu Aleksandr Olbon olub

“Formula-2” üzrə birinci yarışın mükafatlandırılma mərasimi keçirilib. “Report”un məlumatına görə, mükafatları gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim ediblər. Qeyd edək ki, yarışın qalibi “Dams” komandasının pilotu Aleksandr Olbon olub. “Art Grand Prix”in sürücüsü Cek Aytken ikinci, “Charouz Racing System”in pilotu Antonio Fuoko isə üçüncü yeri tutub. “Formula-2”nin ikinci yarışı aprelin 29-da saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh