“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib

Yarışma 28 Aprel 2018 17:00 Oxunub 1300
“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 pilot saat 18:00-dək davam edəcək turun nəticələrinə əsasən, yarış günü start xəttində öz yerlərini alacaqlar

“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib. “Report”un məlumatına görə, 20 pilot saat 18:00-dək davam edəcək turun nəticələrinə əsasən, yarış günü start xəttində öz yerlərini alacaqlar.

Sərbəst yürüşlərdə Valtteri Bottas (“Mercedes”), Daniel Rikkardo (Red Bull) və Sebastyan Fettel (“Ferrari”) ən yaxşı göstəriciyə imza atıblar.

Qeyd edək ki, aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh