“Formula-1”üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

Yarışma 28 Aprel 2018 17:19 Oxunub 1219
“Formula-1”üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Almaniyalı pilot yarış günü start düzülüşündə beş mövqe itirəcək

“Renault” komandasının sürücüsü Niko Hülkenberq “Formula-1” üzrə Azərbaycan Qran-prisində cəriməyə məruz qalacaq. “Report”un məlumatına görə, almaniyalı pilot yarış günü start düzülüşündə beş mövqe itirəcək.

Buna səbəb üçüncü sərbəst yürüş zamanı problemlə üzləşən Hülkenberqin bolidinin ötürücü qutusunun dəyişdirilməsidir. “Formula-1”in texniki reqlamentinə əsasən, bu cür hallar üçün cərimə nəzərdə tutulub.

Qeyd edək ki, aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək

ŞƏRH YAZ
Ad

E-mail

Şərh