Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək

Yarışma 29 Aprel 2018 11:15 Oxunub 1396
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışa saat 16:10-da start veriləcək

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək. “Report”un məlumatına görə, Bakıdakı mübarizə mövsümün dördüncü yarışı olacaq. Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Odlar Yurduna yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb. Hazırda yarışa liderlik edən Fettel “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda da birinci olub. O, həmçinin üçüncü sərbəst yürüşdə də rəqiblərini qabaqlayıb. İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstərib. Bu gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:00 - 15:25-da açılış mərasimi olacaq. Azərbaycan Respublikasının Dövlət himni 15:56-da səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək. Yarışın start düzülüşü aşağıdakı kimi olacaq:

1. Sebastyan Fettel (Ferrari)

2. Lüis Hemilton (Mercedes)

3. Valtteri Bottas (Mercedes)

4. Daniel Rikkardo (Red Bull)

5. Maks Ferstappen (Red Bull)

6. Kimi Raykkonen (Ferrari)

7. Esteban Okon (Force İndia)

8. Serxio Peres (Force İndia)

9. Karlos Sayns (Renault)

10. Lens Stroll (Williams)

11. Sergey Sirotkin (Williams)

12. Fernando Alonso (McLaren)

13. Şarl Lekler (Sauber)

14. Niko Hülkenberq (Renault)

15. Kevin Maqnussen (Haas)

16. Stoffel Vandorn (McLaren)

17. Pyer Qasli (Toro Rosso)

18. Markus Eriksson (Sauber)

19. Brendon Hartli (Toro Rosso)

20. Romen Qrojan (Haas)

Ümumiyyətlə, mövsüm 21 Qran Pridən ibarətdir:

Tarix Qran Pri Trek Uzunluq (metr) Dövrə
23 – 25 mart Avstraliya Albert-Park 5303 58
6 – 8 aprel Bəhreyn Sahir 5412 57
12 – 15 aprel Çin Şanxay 5451 56
27 – 29 aprel Azərbaycan Bakı 6003 51
11 – 13 may İspaniya Barselona 4655 66
25 – 27 may Monako Monte-Karlo 3337 78
8 – 10 iyun Kanada Monreal 4361 70
22 – 24 iyun Fransa Le-Kastelle 5842 53
29 iyun – 1 iyul Avstriya Şpilberq 4318 71
6 – 8 iyul Böyük Britaniya Silverstoun 5891 52
20 – 22 iyul Almaniya Hokkenhaym 4574 67
27 – 29 iyul Macarıstan Hunqarorinq 4381 70
24 – 26 avqust Belçika Spa 7004 44
31 avq. – 2 sent. İtaliya Montsa 5793 53
14 – 16 sentyabr Sinqapur Marina-Bey 5065 61
28 – 30 sentyabr Rusiya Soçi 5848 52
5 – 7 oktyabr Yaponiya Suzuka 5807 53
19 – 21 oktyabr ABŞ Ostin 5513 56
26 – 28 oktyabr Meksika Mexiko 4304 71
9 – 11 noyabr Braziliya San-Paulu 4309 71
23 – 25 noyabr Abu-Dabi Yas-Marina 5554 55

Pilotların sıralamasında ilk pillədə Sebastyan Fettel qərarlaşıb. Onun hesabında 54 xal var. “Üçlüy"ü “Mercedes”in pilotları qapayırlar. Ötənilki dünya çempionatının qalibi Lüis Hemilton 45 xalla ikincidir. O, komanda yoldaşı Valtteri Bottası 5 xal qabaqlayır. 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo isə 37 xalla 4-cü sıradadır. Ümumilikdə, 6 pilot Bakıya hesabında xal olmadan gəlib.

Yer Pilot Komanda Nömrə Avstraliya Bəhreyn Çin Xal
1 Sebastyan Fettel Ferrari 5 1 1 8 54
2 Lüis Hemilton Mercedes 44 2 33 4 45
3 Valtteri Bottas Mercedes 77 8 2 2 40
4 Daniel Rikkardo Red Bull 3 4 DNF 1 37
5 Kimi Raykkonen Ferrari 7 3 DNF 3 30
6 Fernando Alonso McLaren 14 5 7 7 22
7 Niko Hülkenberq Renault 27 7 6 6 22
8 Maks Ferstappen Red Bull 33 6 DNF 5 18
9 Pyer Qasli Toro Rosso 10 DNF 4 18 12
10 Kevin Maqnussen Haas 20 DNF 5 10 11
11 Stoffel Vandorn McLaren 22 9 8 13 6
12 Karlos Sayns Renault 55 10 11 9 3
13 Markus Eriksson Sauber 9 DNF 9 16 2
14 Esteban Okon Force İndia 31 12 10 12 1
15 Serxio Peres Force İndia 11 11 16 12 0
16 Şarl Lekler Sauber 16 13 12 19 0
17 Romen Qrojan Haas 8 DNF 13 17 0
18 Lens Stroll Williams 18 14 14 14 0
19 Sergey Sirotkin Williams 35 DNF 15 15 0
20 Brendon Hartli Toro Rosso 28 15 17 20 0

*DNF – Finiş etməyibKonstruktorlar Kubokunda hələlik ilk pillədə ötənilki yarışın qalibi olan “Mercedes” komandası qərarlaşıb. Almaniya təmsilçisinin 85 xalı var. İkinci sıradakı “Ferrari” 84, “Red Bull”un isə 55 xala malikdir.

Yer Komanda Ölkə Xal
1 Mercedes VIDEO-->
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

© Avtosfer.az 2014 - 2024
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.