“Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürüb

Yarışma 29 Aprel 2018 16:10 Oxunub 1499
“Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mövsümün dördüncü Qran Prisində hər birindən iki nəfər olmaqla, 10 komandanın 20 pilotu iştirak edir

Bakı şəhərində “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürüb. “Report”un məlumatına görə, Hökumət Evinin qarşısından başlayan 51 dövrəlik yarış 120 dəqiqə sürəcək. Sürücülərin start düzülüşü bu ardıcıllıqladır: Sebastyan Fettel (“Ferrari”), Lüis Hemilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull”), Kimi Raykkonen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force İndia”), Karlos Sayns (“Renault”), Lens Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Şarl Lekler (“Sauber”), Niko Hülkenberq (“Renault”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandorn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”), Romen Qrojan (“Haas”). Qeyd edək ki, mövsümün dördüncü Qran Prisində hər birindən iki nəfər olmaqla, 10 komandanın 20 pilotu iştirak edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh