“Formula 1” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib - FOTO

Yarışma 29 Aprel 2018 17:28 Oxunub 1953
“Formula 1” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda 17 pilot mübarizəni davam etdirir

 

“Formula 1” üzrə Azərbaycan Qran Prisində iki qəza baş verib. “Report”un məlumatına görə, “Ferrari”nin pilotu Kimi Raykkonenin idarə etdiyi bolid “Force İndia”nın sürücüsü Esteban Okonun maşınına dəyib.

Nəticədə Okonun bolidi səddə çırpılıb və yararsız vəziyyətə düşdüyü üçün xüsusi texnika vasitəsi ilə trekdən götürülüb.

Bir qədər sonra isə “Renault”un sürücüsü Niko Hülkenberq, “McLaren”in pilotu Fernando Alonso və “Williams”dan Sergey Sirotkin zəncirvari qəzanın iştirakçısı olub.

Nəticədə Hülkenberq və Sirotkin mübarizəni dayandırıb. Alonso isə təkərləri yararsız hala düşən bolidini çətinliklə boksa çatdırıb.

Beləliklə, hazırda 17 pilot mübarizəni davam etdirir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh