Taksi şirkəti sürücüləri aldadır – naviqator işləmir

Xəbərlər 30 Aprel 2018 09:50 Oxunub 6527
Taksi şirkəti sürücüləri aldadır – naviqator işləmir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi sürücüsü Xəyal Quliyev  taksi xidmətlərinin birindən şikayət edib. Avtosfer.az-a müraciət edən sürücü bildirib ki, bir ay əvvəl taksi xidməti ilə məşğul olmaq üçün şirkətə müraciət edib. “İşə qəbul üçün 25 manat pul verdim. Şirkətin əməkdaşı bildirdi ki, əlavə olaraq 10 manat da naviqator proqramının və lisenziyasının yazılamsı üçün ödəməliyəm. Mən bildirdim ki, digər taksi şirkəti ilə də əməkdaşlıq edirəm və naviqasiya porqramını CaspianNavtel-dən alımışam. Lakin şirkət əməkdaşı proqrama baxıb köhnə olduğunu və daha müasir bir sistem yazacağını bildirdi. Əlavə olaraq 10 manat da ödədim. Lakin həmin gündən yazılan yeni proqram mənim başıma sözün həqiqi mənasında oyun açıb. Demək olar ki, heç bir ünvanı düzgün tapmır”.

Sürücü deyir ki, taksi şirkəti ilə əməkdaşlığı dayandırır. “Daha onlarla işləməyəcəm. 25 manat işə qəbul ödənişimi, 10 manat naviqasiya proqramı üçün pulu və 14 manat depozitimi şirkətdən tələb edirəm. Müraciət etsəm də, hələ öz pulumu mənə qaytarmayıblar.”

Sürücü deyir ki, Caspian NavTel şirkətindən aldığı proqramı və xəritəni də onun telefonundan siliblər. “Köhnə proqramımı silmişdilər. Təzə də işləmirdi. Yenidən  Caspian NavTel-ə müraciət etdim. Çox sağ olsun, şirkətin rəhbəri Rizvan müəllim, onun tapşırığı xəritəni yenidən pulsuz şəkildə telefonuma yüklədilər, lisenziyamı bərpa etdilər”.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh